Minifutbol üzrə Azərbaycan çempionatında debütü gözlənilən “Xankəndi”nin adı dəyişdirilib.
Komandanın təsisçisi Əfran İsmayılovun İdman.bizə verdiyi məlumata görə, klub “İnter” adı ilə yarışa qatılacaq.
O bildirib ki, ad dəyişikliyinə baxmayaraq, komandası yenə ən yüksək yerlər uğrunda mübarizə aparacaq.
İsmayılovun sözlərinə görə, “İnter”də Xətai Bağırovun rəhbərliyi altında tanınmış simalar Rəşad Sadiqov, Kamran Ağayev, Cavid Hüseynov, Rahid Əmirquliyev, Elvin Məmmədov, Ruslan Əmircanov, Cavid İmamverdiyev, Elhad Nəziri, Rauf Əliyev, Rail Məlikov və Ruslan Abışov oynayacaq.
Qeyd edək ki, minifutbol üzrə Azərbaycan çempionatının püşkatma mərasimi dekabrın 1-də keçiriləcək.
Emin Ağa
İdman.biz