Arif Əsədovun püşkatmadan gözləntisi: “Onları aşağılamaq istəməzdim”

Xəbərlər
8 Fevral 2024 11:53
201
Arif Əsədovun püşkatmadan gözləntisi: “Onları aşağılamaq istəməzdim”

“Dörd səbətin hər birində yer alan komandalar aşağı-yuxarı orta gücə malikdirlər”.

Bunu İdman.bizə futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis bu gün Fransanın paytaxtı Parisdə baş tutacaq Millətlər Liqasında püşkatmadan gözləntilərini açıqlayıb. O bildirib ki, artıq zəif rəqib yoxdur: “Biz 2-ci səbətdə yer almışıq. Amma 3-də Slovakiya və Şimali İrlandiya kimi yığmalar var. Bunlar öz oyunları ilə sözlərini deyən komandalardır. Bu baxımdan seçim yoxdur. Bəzi rəqiblərlə görüşmüşük, bəziləri ilə hələ qarşılaşmamışıq”.

Əsədov ən arzuolunan sayıla biləcək Kiprlə Cəbəllütariq - Litva cütünün qalibi ilə düşməyin əleyhinə deyil: “Onlardan üçüncü səbətdə yer alan Kiprlə Millətlər Liqasında qarşılaşmışıq. Amma Cəbəllütariq buraya gələrsə, onlarla oyunlarımız olmayıb. Bu komandaların adlarını çəkməklə onları aşağılamaq istəməzdim”.

Qeyd edək ki, püşk Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Emin Ağa
İdman.biz

Məqalədə: