Musa oynayır, “Yurqorden” qol vura bilmir

Xəbərlər
7 Fevral 2024 00:19
444
Musa oynayır, “Yurqorden” qol vura bilmir

Azərbaycan yığmasının futbolçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden”in növbəti mövsümə hazırlığını davam edir.

İdman.biz xəbər verir ki, Musanın komandası yoxlama matçında məğlub olub.

“Myallbü” ilə qarşılaşan “Yurqorden” 0:1 hesabı ilə uduzub. Bu görüşdə Qurbanlı 62-ci dəqiqədə meydana daxil olub. Musa əvvəlki iki yoxlama matçında da əvəzetmədən şans qazanıb və fərqlənə bilməyib.

Qeyd edək ki, “Yurqorden” “Brommapoykarna” (3:0) və “Vasteras”la (0:0) baş tutan ilk iki matçda rəqib qapısına yol tapa bilməyib.

İdman.biz