Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Rumıniyada İsrailin “Hapoel Beer-Şeva” klubuna 1:2 hesabı ilə məğlub olub.
İdman.Biz xəbər verir ki, matçdan sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas rəqibin yüksək səviyyəli komanda olduğunu bildirib.
Litvalı mütəxəssis “Hapoel”in xüsusilə təzyiqdən çıxmaq bacarığını qeyd edib:
“Oyuna qolla başlasaq belə, biz oyunu itirdik və rəqib irəli çıxdı. Çünki çox keyfiyyətli bir komandadır. Daha çox vertikal oynadılar, çalışıdrıq oyunun ritmini saxlayaq. Hesab elədir ki, bizə şans verir. Son oyunu da belə bitirmişdik və Bakıda geri dönməyə qadir olduq. Nə etməli olduğumuzu bilirik”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
