UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Seltik” - LASK oyununda “Qarabağ”ın sabiq hücumçusu Kamilo Duran dublla yadda qalıb.
İdman.Biz xəbər verir ki, Duran 67-ci dəqiqədə cərimə meydançası daxilindən ikinci baxımlı qolunu vurub.
00:11
“Qarabağ”ın sabiq hücumçusu Kamilo Duran Çempionlar Liqasında yeni komandası “Seltik”in heyətində qol vurub.
İdman.Biz xəbər verir ki, kolumbiyalı forvard LASK-la pley-off mərhələsinin ilk görüşündə komandasının ikinci qoluna imza atıb. Duran cərimə meydançasında topu havadan baxımlı zərbə ilə qapının yuxarı küncünə göndərib.
24 yaşlı hücumçu yay transfer pəncərəsində “Qarabağ”dan “Seltik”ə keçib.
Duran ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 48 oyunda 15 qol vurub və 10 məhsuldar ötürmə edib.
