“Sabahın Ulduzları” Bakı Kubokunun U-15 yaş qrupunda üçüncü tura yekun vurulub.
İdman.Biz xəbər verir ki, turun ikinci günündə üç qarşılaşma keçirilib.
10 avqust
“Neftçi” – “Zirə” – 1:1
Qollar: Orxan Cabarov, 21 – Rəmzi İbadov, 80+3
“Dinamo” – “EFA” – 1:10
Qollar: Elçin Məmmədli, 70 (avtoqol) – Tural Zaidov, 16; Şahin Qasımzadə, 34, 43, 51, 58; Ömər Osmanlı, 36, 79; Emil Səfərli, 65, 67; Ramazan Məmmədli, 80
“Sumqayıt” – “Qəbələ” – 2:3
Qollar: Muhamməd Tapdıqlı, 15; Nicat Qurbanlı, 22 – Emil Səfərli, 40+3; Cavid Allahverdi, 43; Oğuz Şirinzadə, 75
Beləliklə, III turdan sonra turnir cədvəlində “Qarabağ” 9 xalla liderdir. “EFA” və “Neftçi” hərəyə 7 xal toplayıb. “EFA” top fərqinə görə ikinci, “Neftçi” isə üçüncü pillədədir.

Qeyd edək ki, “Rekord” və “Sumqayıt” üçüncü turda digər komandalarla müqayisədə bir oyun az keçirib.
U-14, üçüncü turun oyunları isə bu gün keçiriləcək.
11 avqust
“Sumqayıt” – “Qarabağ”
“Azərbaycan Qartalları” – “Qəbələ”
“Vətən” – “Ulduz”
