Adrian Mutu “Neftçi”yə pul üçün gəldiyini etiraf edib

Xəbərlər
16 Yanvar 2024 13:47
1 737
Adrian Mutu “Neftçi”yə pul üçün gəldiyini etiraf edib

“Neftçi”dən ayrılan rumıniyalı baş məşqçi Adrian Mutu Bakı klubunu seçməsinin səbəbini açıqlayıb.

İdman.biz Rumıniya mətbuatına istinadən xəbər verir ki, o, yerli “Rapid”i “ağ-qaralar”a maliyyəyə görə dəyişib.

Mutu etiraf edib ki, Azərbaycan klubunun maddi tərəfdən təklifi çox cəlbedici olub: “Rapid”dən gedişim planlaşdırılmırdı. Sırf “Neftçi”dən gələn yaxşı maddi təklif həlledici oldu. Rəhbərlik ilə danışdım və Azərbaycana yollandım”.

Qeyd edək ki, Mutu “Neftçi”ni 23 oyuna çıxarıb. Komanda onun rəhbərliyi altında bu matçlardan 10-da qələbə qazanıb, 5-də heç-heçə edib. 8 qarşılaşmada isə məğlubiyyətə üzülüb.

İdman.biz