“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, qapıçı İvan Brkiç fərdi hazırlığını davam etdirir.
Ataa Caber isə topuğundakı burxulma səbəbi ilə 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Neftçi” XVI turda “Turan Tovuz”u qəbul edəcək. Dekabrın 10-u keçiriləcək matç saat 18:00-da başlayacaq.
İdman.biz