Azərbaycan çempionatında ilk qaliblər bəlli olub - FOTO

Xəbərlər
6 İyun 2025 21:42
94
Azərbaycan çempionatında ilk qaliblər bəlli olub - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Yay Azərbaycan çempionatına start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionatında milli komandamızın aparıcı üzvləri də daxil olmaqla paytaxt və respublikanın müxtəlif regionlarından olan 160-dan çox atlet mübarizə aparır.

Açılış mərasimində çıxış edən federasiyanın baş katibi Məhərrəm Sultanzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva nüfuzlu beynəlxalq turnirlərə seçim üçün önəmli rol oynayan yarışın əhəmiyyətindən danışaraq idmançılara uğurlar arzulayıblar.

Yarış dünya çempionatı və İslam Həmrəyliyi Oyunlarına lisenziya üçün reytinq xallarının toplanması, komandalararası Avropa çempionatı və Balkan çempionatına seçim baxımından mühüm əhəmiyyət kəsb edir. Çempionatın ilk günündə müvafiq olaraq kişilərdə və qadınlarda 100 metr məsafəyə qaçışda Əlhəm Nağıyev və Lamiyə Vəliyeva, 400 metrdə Novuz Əsədli və İlahə Quliyeva, 1500 metrdə Bəxtiyar Əsgərli və Anna Yusupova, 100 metr məsafəyə sədlərlə qaçışda Ləman İsfəndiyarova, 3000 metr məsafəyə maneələrlə qaçışda Əmrah Nağıyev Azərbaycan çempionu olub.

Üç təkanla tullanmada Rüstəm Məmmədov və Yekaterina Sarıyeva, hündürlüyə tullanmada Ələkbər Əsgərov və Zeynəb Qəmbərova, şüvüllə tullanmada Cabir Əliyev, nüvə itələmədə İsmayıl Əliyev və Səkinə Hacızadə, nizə atmada Orxan Qasımov və İradə Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İlk yarış gününün nəticələri

100 metr məsafəyə qaçış
1. Əlhəm Nağıyev
2. Aleksey Əliəkbərov
3. Həmid Nəbiyev

100 metr məsafəyə qaçış
1. Lamiyə Vəliyeva
2. Fəridə Rzayeva
3. Səlma Ağabəyova

400 metr məsafəyə qaçış
1. Novruz Əsədli
2. Cavid Məmmədov
3. Nihat Tağıyev

400 metr məsafəyə qaçış
1. İlahə Quliyeva
2. Gülçin Nağıyeva
3. Arzum Məmmədli

1500 metr məsafəyə qaçış
1. Bəxtiyar Əsgərli
2. İsgəndər Əsgərov
3. Ümid İbrahimov

1500 metr məsafəyə qaçış
1. Anna Yusupova
2. Yuliya Belkova
3. Azəri Məmmədli

100 metr sədlərlə qaçış
1. Ləman İsfəndiyarova

3000 metr maneələrlə qaçış
1. Əmrah Nağıyev
2. Nihat Cabbarlı

Üç təkanla tullanma
1. Rüstəm Məmmədov
2. Nazim Babayev
3. Ramil İsmayılov

Üç təkanla tullanma
1.Yekaterina Sarıyeva

Hündürlüyə tullanma
1. Ələkbər Əsgərov
2. Vladislav Tarusov
3. Bülbül Babayev

Hündürlüyə tullanma
1. Zeynəb Qəmbərova
2. Mədinə Məmmədova
3. Zəhra Bayramova

Şüvüllə tullanma
1. Cabir Əliyev
2. Qadir Qurbanov

Nüvə itələmə
1. İsmayıl Əliyev
2. Tofiq Məmmədov
3. Rasim Babayev

Nüvə itələmə
1.Səkinə Hacızadə
2. İradə Əliyeva
3. Nəzrin İsayeva

Nizə atma
1. Orxan Qasımov
2. İslam Qəhrəmanzadə
3. Tofiq Məmmədov

Nizə atma
1. İradə Əliyeva
2. Nazlı Nəbizadə
3. Olesya Petrova

İdman.biz