İnsanlar və robotlar yarışıb - kim qalib gəlib? - VİDEO

Xəbərlər
19 Aprel 2025 15:59
311
İnsanlar və robotlar yarışıb - kim qalib gəlib? - VİDEO

Pekində insanabənzər robotların da çıxış etdiyi yarımmarafon keçirilib.

İdman.biz xəbər verir ki, yarışda 21 robot iştirak edib.

Onların arasında "Tiangong Ultra" finişə birinci çataraq 21,0975 km məsafəni 2 saat 40 dəqiqə 42 saniyəyə qət edib. O, ən yaxın izləyicisini təxminən bir saat qabaqlayıb.

İnsanlar arasında Efiopiyadan olan atletlər uğurlu çıxış ediblər. Kişilərdə ən yaxşı göstərici 1 saat 2 dəqiqə 36 saniyə, qadınlarda isə 1 saat 11 dəqiqə 07 saniyə təşkil edib.

"Reuters"in məlumatına görə, "Tiangong Ultra" robotunun maksimal sürəti saatda 12 kilometrdir, lakin yarış zamanı o, təxminən saatda 7-8 kilometr sürətlə qaçıb.

Robot komandasının nümayəndəsi Vey Jiaxing yarışdan sonra belə şərh verib: “Belə əla nəticə əldə etmək üçün biz knstruksiyanın dayanıqlığı, yüngüllüyü, eləcə də uzunmüddətli hərəkət nəticəsində oynaqların həddən artıq qızması ilə bağlı problemləri aradan qaldırmalı olduq”.

Qeyd edək ki, robotlar və insanlar eyni marşrutla qaçsalar da, birincilər üçün xüsusi zolaq ayrılmışdı. Hər bir mexanikləşdirilmiş qaçışçının müşayiətçisi də olub. Yarış zamanı robotların batareyalarını dəyişməyə icazə verilib.

İdman.biz

Məqalədə: