VI İslam Həmrəyliyi Oyunları: Bu gün Azərbaycan təmsilçiləri dörd fərqli növdə mübarizə aparacaqlar

Xəbərlər
19 Noyabr 2025 09:33
44
VI İslam Həmrəyliyi Oyunları: Bu gün Azərbaycan təmsilçiləri dörd fərqli növdə mübarizə aparacaqlar

Bu gün Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında dörd fərqli növdə mübarizə aparacaqlar.

İdman.Biz xəbər verir ki, 3x3 basketbol üzrə Azərbaycan millisi yarımfinalda Misir ilə üz-üzə gələcək.

Atletlərdən Əlhəm Nağıyev 200 metr, Azərbaycan yığması isə 4x100 metr məsafəyə qaçışda çıxış edəcək.

Qılıncoynadanlardan Maqsud Hüseynli və Saleh Məmmədov sablya növündə uğur qazanmağa çalışacaqlar.

Yunan-Roma güləşçilərindən Murad Əhmədiyev (97 kq), Beka Kandelaki (130 kq), qadın güləşçilərdən isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq), Jalə Əliyeva (57 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan 46 mükafatla (5 qızıl, 15 gümüş, 26 bürünc) medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

İdman.Biz