Atletika üzrə Bakı birinciliyi baş tutacaq

Xəbərlər
7 Yanvar 2026 17:02
61
Atletika üzrə Bakı birinciliyi baş tutacaq

Yanvarın 9-10-da qapalı məkanda atletika üzrə Bakı birinciliyi baş tutacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarış 2011-2012-ci il təvəllüdlü idmançılar arasında keçiriləcək.

Qeyd edək ki, turnir Bakı Atletika Mərkəzində saat 15:00-da başlayacaq.

İdman.Biz