Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüşüb - FOTO

Xəbərlər
12 İyul 2025 17:23
50
Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüşüb - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti, SportAccord təşkilatının rəhbəri Uğur Erdenerlə görüşüb.

İdman.biz xəbər verir ki, görüş zamanı SportAccord təşkilatının keçirdiyi irimiqyaslı idman tədbirlərinin Azərbaycanda təşkili, eləcə də oxatma idman növünün ölkəmizdə inkişafı haqqında müzakirələr aparılıb.

Görüşdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev də iştirak edib.

İdman.biz