Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub - FOTO

Xəbərlər
2 Dekabr 2023 16:25
378
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub - FOTO

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi ikinci yerə çıxıb.

İdman.biz xəbər verir ki, yığmamız bu uğura Bakıda keçirilən hərbiçilər arasında 36-cı dünya çempionatında imza atıb.

4 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan güləşçilərimiz yalnız Rusiyadan geri qalıb. İlk “üçlüy”ü isə İran yığması qapayıb.

Qeyd edək ki, dünya çempionatında Nihad Quluzadə (60 kq), Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq) və Murad Əhmədiyev (97 kq) çempion tituluna layiq görülüb. Laçın Vəliyev ikinci, Fərid Sadıqlı (55 kq), Qurban Qurbanov (77 kq) və Azad Əliyev (82 kq) isə 3-cü yeri tutub.

Banuçiçək Hüseynli
İdman.biz