Güləşçilərimizin dünya çempionatında qazandığı medalların sayı 11-ə çatıb - YENİLƏNİB - FOTO

Xəbərlər
30 Noyabr 2023 18:20
360
Güləşçilərimizin dünya çempionatında qazandığı medalların sayı 11-ə çatıb - YENİLƏNİB - FOTO

Azərbaycan millisi Bakıda hərbiçilər arasında 36-cı dünya çempionatının 2-ci gününü 3 medalla başa vurub.

İdman.biz xəbər verir ki, yığmamıza 3-cü medalı Orxan Abbasov qazandırıb.

79 kq çəkidə mübarizə aparan idmançımız finalda qazaxıstanlı Rüstəm Mirzaqaliyevi məğlub edərək çempion tituluna yiyələnib.

Yarışın 2-ci günündə ondan öncə Ruzzana Məmmədova (49 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq) gümüş medala sahib olub. Həmçinin, Fərid Cabbarov (86 kq) və Gültəkin Şirinova (53 kq) üçüncü yeri tutublar.

Beləliklə, mükafatlarımızın sayı 11-ə çatıb.

Qeyd edək ki, dünya çempionatının ilk günündə Azərbaycan yığmasının üzvləri Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) qızıl medala sahib olublar. Qadınların mübarizəsində isə Elnurə Məmmədova (52 kq) ikinci, Nərgiz Səmədova (50 kq) üçüncü yeri tutub. Mundial dekabrın 3-dək davam edəcək.

----------

18:12

Azərbaycan güləşçisi Ruzzana Məmmədova Bakıda keçirilən hərbiçilər arasında 36-cı dünya çempionatının ikinci günündə qızıl medala sahib olub.

İdman.biz xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda iranlı güləşçi ilə qarşılaşıb.

Qələbə qazanan Məmmədova dünya çempionatını qızıl medalla başa vurub.

Qeyd edək ki, dünya çempionatının ilk günündə Azərbaycan yığmasının üzvləri Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) qızıl medala sahib olublar. Qadınların mübarizəsində isə Elnurə Məmmədova (52 kq) ikinci, Nərgiz Səmədova (50 kq) üçüncü yeri tutub.

---------

17:23

Azərbaycanın sərbəst güləşçisi Ceyhun Allahverdiyev Bakıda keçirilən hərbçilər arasında 36-cı dünya çempionatının ikinci günündə gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz final görüşündə türkiyəli Ahmet Dumanla qarşılaşıb.

Rəqib qələbə qazandığından idmançımız ikinci yeri tutub.

Qeyd edək ki, dünya çempionatının ilk günündə Azərbaycan yığmasının üzvləri Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qadınların mübarizəsində isə Elnurə Məmmədova (52 kq) ikinci, Nərgiz Səmədova (50 kq) üçüncü yeri tutub.

Banuçiçək Hüseynli

İdman.biz