Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, yarışın üçüncü günüdə qız güləşçilər mübarizə qoşulacaq.
Millimizin heyətində Xədicə Qurbanzadə (49 kq), Ülviyə Musayeva (57 kq) və Fidan Babayeva (65 kq) xalçaya çıxacaqlar. Onların hər üçünün görüşü təsnifat mərhələsinə təsadüf edəcək.
Qeyd edək ki, çempionatda hələlik yunan-Roma güləşçilərimizdən Rihad İbrahimli (110 kq) qızıl, Qurban Məcnunov (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) bürünc medal qazanıblar. Digər “klassik”lərimizdən Abdulrəhman Hüseynli (45 kq) ilə Əli Nəzərov (60 kq) bu gün final, Elşad Abbasov (51 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.
İdman.biz