Sərbəst güləşçilərdən Türkiyədə 2-ci medal

Xəbərlər
10 Mart 2024 21:53
121
Sərbəst güləşçilərdən Türkiyədə 2-ci medal

Türkiyənin Antalya şəhərində keçirilən Yaşar Doğu & Vehbi Əmrə turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan sərbəst güləşçiləri yarışın son günündə daha 1 medal qazanıblar.

79 kq çəki dərəcəsində mübarizə aparan Ramiz Həsənov bürünc medal qazanıb. Təmsilçilərimizdən Ceyhun Allahverdiyev (61 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov (79 kq), Şamil Zubairov və Abdulcəlil Şabanov (hər ikisi 92 kq) medalçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, sərbəst güləş üzrə yığmamızn heyətində ilk medalı Musa Ağayev (65 kq) qazanıb. O, beynəlxalq turniri 2-ci pillədə başa vurub.

İdman.biz