Üçqat Azərbaycan çempionu Avropa və dünya çempionatlarına aparılmamasından şikayətlənib

Müsahibə
2 Fevral 2024 10:19
438
Üçqat Azərbaycan çempionu Avropa və dünya çempionatlarına aparılmamasından şikayətlənib

“Özümə inanıram. Şans tapacağım halda maksimum istifadə edəcəyəm”.

Bunu İdman.bizə U-20 Azərbaycan çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Məhəmməd Şükürzadə (63 kq) deyib.

19 yaşında 3-cü dəfə ölkə çempionu olan idmançı bildirib ki, yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxacağına əvvəldən də şübhəsi olmayıb: “Çıxışımı müsbət qiymətləndirirəm. Rəqiblərimin səviyyəsi yaxşı idi. Ən çətin görüşüm finala təsadüf etdi. Amma ötən il 60 kq-da Azərbaycan çempionu olsam da, məşqçilər Avropa və dünya çempionatında şans vermədilər. Bu il beynəlxalq arenada medallar qazanmaq istəyirəm. Gələcəkdə Avropa və dünya çempion olmağa çalışacam”.

Qeyd edək ki, Məhəmməd Şükürzadə finalda Fərid Baxışlıya qalib gəlib.

Emin Ağa
İdman.biz

Məqalədə: