Azərbaycan güləşçisi ABŞ-li olimpiya mükafatçısı Kayl Deyklə yenidən qarşılaşa bilər

10 Avqust 2026 15:43
167
Azərbaycan güləşçisi ABŞ-li olimpiya mükafatçısı Kayl Deyklə yenidən qarşılaşa bilər

Azərbaycan güləşçisi Arseniy Djiоyev “Real American Freestyle” (RAF) turnirində ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, bu barədə RAF-ın rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.

Görüş sentyabrın 5-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək RAF yarışında baş tutacaq.

Olimpiadanın ikiqat bürünc medalçısı və dördqat dünya çempionu Kayl Deyk yarımağır çəkidə RAF çempionluq titulunu Azərbaycan güləşçisi Arseniy Djiоyevə qarşı qoruyacaq.

Arseniy Djiоyev isə dünya çempionatının ikiqat medalçısıdır. Tərəflər bu il fevralın 25-də Albaniyanın Tirana şəhərində keçirilən “Muhamet Malo Ranking Series” turnirində də qarşılaşıblar. 86 kq çəki dərəcəsində baş tutan həmin görüşdə Azərbaycan güləşçisi Deyki 4:1 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.

Beləliklə, sentyabrın 5-də keçiriləcək qarşılaşma Djiоyev və Deyk arasında ikinci duel olacaq.

Qeyd edək ki, Moskvada keçiriləcək yarış ABŞ-də “Fox Nation” platformasında canlı yayımlanacaq.

İdman.Biz