Mariya Stadnik ilin ilk yarışına yollanmamasının səbəbini açıqlayıb

Müsahibə
8 Yanvar 2024 11:11
1 444
Mariya Stadnik ilin ilk yarışına yollanmamasının səbəbini açıqlayıb

Azərbaycanın millisinin güləşçisi Mariya Stadnikin (50 kq) Xorvatiyada keçiriləcək ilin ilk yarışı - “Zaqreb Open”də iştirak etməməsinin səbəbi bəlli olub.

Bu barədə İdman.bizə idmançının özü məlumat verib.

9 qat Avropa çempionunun sözlərinə görə, səbəb Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək qitə çempionatına hazırlıqdır: “Bu, iştirak edəcəyim 10-cu Avropa çempionatı olacaq. Daha sonra isə Bakıda təşkil olancaq lisenziya turnirində iştirak edəcəm”.

4 qat Olimpiya mükafatçısını bildirib ki, bu il əsas hədəfi Paris-2024-Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək və Olimpiada da qızıl medala sahib olmaqdır: “Məşqlərə başlamışıq, hazırlıq yüksək səviyyədə davam edir. Uğur qazanmaq üçün var gücümlə çalışıram”.

Qeyd edək ki, Avropa çempionatı fevralın 12-18-də keçiriləcək.

Banuçiçək Hüseynli

İdman.biz

Məqalədə: