Ölkə çempionatının tarixi müəyyənləşib

Xəbərlər
25 Dekabr 2025 17:15
45
Ölkə çempionatının tarixi müəyyənləşib

Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının vaxtı müəyyənləşib.

İdman.Biz Güləş Federasiyasına istinadən xəbər verir ki, 7-11 yanvarda Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adları bəlli olacaq.

İlk “3-lük”də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək. Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı, təcrübəli referilər də idarə edəcək.

İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək. Çempionatın açılış mərasimi 7 yanvar 17:00-a təyin edilib.

İdman.Biz
Məqalədə: