VI İslam Həmrəyliyi Oyunları: Nigar Mirzəzadə bürünc medal qazanıb - YENİLƏNİB

20 Noyabr 2025 20:25
223
VI İslam Həmrəyliyi Oyunları: Nigar Mirzəzadə bürünc medal qazanıb - YENİLƏNİB

Güləşçimiz Nigar Mirzəzadə İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

İdman.Biz bildirir ki, Banqladeşli Həlimə Akter xalçaya çıxmadığı üçün güləşçimiz üçüncü yeri tutub.

19:29

Güləşçimiz Ruzanna Məmmədova İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

İdman.Biz bildirir ki, o, finalda nigeriyalı Ester Kolavoleyə 4:6 hesabıyla məğlub olaraq ikinci yeri tutub.

19:21

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında güləş yarışları davam edir.

İdman.Biz bildirir ki, təmsilçimiz İslam Bazarqanov (57 kq) gümüş medal qazanıb.

O, finalda qırğızıstanlı Abdumalik Karaçova 3:9 hesabıyla məğlub olaraq ikinci yeri tutub.

14:11

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın iki güləşçisi finala yüksəlib.

İdman.Biz xəbər verir ki, qadınlar arasında 62 kq çəki dərəcəsində Ruzanna Məmmədova yarımfinalda özbəkistanlı Nigina Sabirovaya 6:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Sərbəst güləş üzrə 57 kq-da mübarizə aparan İslam Bazarqanov isə rəqibi Tambi Rolandın (Kamerun) mübarizədən kənarlaşdırılmasından sonra 1/8 finala çıxıb. Sonrakı mərhələlərdə Bazarqanov 1/4 finalda Ali Momenijoujadeni (İran) 4:2, yarımfinalda isə Said Zazai (Əfqanıstan) üzərində 10:0 hesablı qələbə qazanaraq finala yüksəlib.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

İdman.Biz