Eldəniz Əzizli Moskvada keçirilən Peşəkar Güləş Liqasının qalibi olub - VİDEO

9 Noyabr 2025 12:35
365
Eldəniz Əzizli Moskvada keçirilən Peşəkar Güləş Liqasının qalibi olub - VİDEO

Yunan-Roma güləşi üzrə dördqat dünya çempionu Eldəniz Əzizli Moskvada keçirilən Peşəkar Güləş Liqası (PWL) turnirində çempion olub.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 55 kq çəki dərəcəsində mübarizə aparıb.

Əzizli yarışda uzun illərdir rəqib olduğu rusiyalı güləşçi Emin Seferşayevin dəvəti ilə iştirak edib və final görüşündə məhz ona qalib gələrək titulun sahibi olub.

Vüqar Vüqarlı

İdman.Biz
Məqalədə: