MDB Oyunlarının qalibi: “Olimpiya çempionu olmaq istəyirəm”

Xəbərlər
7 Oktyabr 2025 19:05
40
MDB Oyunlarının qalibi: “Olimpiya çempionu olmaq istəyirəm”

“Şükürlər olsun ki, qızıl medal qazandım”.

İdman.biz bildirir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında III MDB Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Azərbaycanın yunan-Roma güləşçisi Elşad Abbasov (51 kiloqram) deyib.

Finalda belaruslu Tsimafey Semianenkanı üstələyən idmançı nəticəyə görə xoşbəxt olduğunu bildirib: “Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Daha ciddi uğurlar qazanmaq istəyirəm”.

Gələcək hədəflərindən də söz açan gənc idmançı əlavə edib: “Ən böyük hədəfim Olimpiya çempionu olmaqdır”.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

İdman.biz