Fransa çempionatında 5-ci turun üç qarşılaşması olub.
İdman.biz bildirir ki, çempionatda üçünyü yerdə qərarlaşan “Lill” “Lans”In qonağı olub.
Oyun "Lans"ın böyükhesablı qələbəsi ilə qurtarıb - 3:0. Bu qələbədən sonra 9 xal toplayan "Lans" 4-cü yerə yüksəlib. "Lans"dan bir xal çox toplamış "Lill" üçüncü yerdədir.
“Brest” klubu ilə “Nitsa”nı sınağa çəkib. Bu oyun da meydan sahiblərinin parlaq qələbəsi ilə yekunlaşıb - 4:1. "Brest" bu qələbədən sonra 5 xal toplayaraq 13-cü yerdə qərarlaşıb.
“Nant” “Renn”i qəbul edib. Bu qarşılaşmada qalib müəyyən olunmayıb - 2:2. Bu heç-heçədən sonra "Nant" 5 xalla 14-cü yerdədir.
İdman.biz