"Mənə yeni müqavilə təklif edildi" - Amorimdən zarafat

Xəbərlər
19 Sentyabr 2025 18:44
32
"Mənə yeni müqavilə təklif edildi" - Amorimdən zarafat

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim klubun sahibi Cim Ratklifflə dünən aralarında olan söhbəti açıqlayıb.

İdman.biz bildirir ki, görüşdə baş direktor Omar Berrada və idman direktoru Ceyson Uilkoks da iştirak ediblər.

"Yeni müqavilə, o, mənə yeni müqavilə təklif etdi (gülümsəyir)! Xeyr, sadəcə dəstək göstərmək və bunun uzunmüddətli layihə olduğunu izah etmək üçün çağırmışdı. Mən onunla, Omar və Ceysonla danışdım ki, komanda haqqında bütün məlumatlar olsun. Normal görüş oldu.

Bu futboldur və bu klub bəlkə də dünyanın hər yerindəki digər komandalardan daha çox təzyiq altındadır, amma biz qələbə qazanmaq istəyirik. Biz daha aqressiv olmalıyıq. Qalan şeylərdə, düşünürəm ki, biz keçən illə müqayisədə yaxşılaşmışıq”, - deyə Amorim deyib.

Premyer Liqanın dörd oyunundan sonra "Mançester Yunayted" 14-cü yerdə qərarlaşıb.

İdman.biz