Türkiyə Super Liqasında 5-ci turun qarşılaşmaları baş tutub.
İdman.biz xəbər verir ki, "Qalatasaray" səfərdə "Eyüpspor"a 2:0 qalib gələrək ardıcıl beşinci qələbəsini qazanıb. Klub 15 xalla çempionatın lideridir.
Digər oyunlardan "Beşiktaş"la "Başakşehir"in görüşünü qeyd etmək olar. "Qara qartallar" çətinliklə də olsa, oyunda geridönüş edərək qələbə qazanıblar - 2:1. "Antalyaspor" da çətin səfər qələbəsi qazanaraq üçüncü yerə yüksəlib.
Türkiyə Super Liqası, 5-ci tur
13 sentyabr
Eyüpspor – Qalatasaray - 0:2
Samsunspor – Antalyaspor - 1:2
Karagümrük – Kasımpaşa - 0:1
Beşiktaş – Başakşehir - 2:1
Konyaspor – Alanyaspor - 1:2
İdman.biz