Çalhanoğlunun iki qolu "İnter"ə kömək etməyib - VİDEO

Xəbərlər
13 Sentyabr 2025 21:59
36
Çalhanoğlunun iki qolu "İnter"ə kömək etməyib - VİDEO

İtaliya A seriyasında 3-cü tur çərçivəsində "Yuventus" və "İnter" qarşılaşıblar.

İdman.biz xəbər verir ki, oyun 4:3 hesabı ilə başa çatıb.

Hesabı meydan sahiblərindən Lloyd Kelli 14-cü dəqiqədə açıb.

Sonrakı 3 qolu türklər vurub. 30-cu dəqiqədə "İnter"in oyunçusu Hakan Çalhanoğlu tarazlığı bərpa edib - 1:1.

38-ci dəqiqədə Kenan Yıldız yenidən "Yuventus"u irəli çıxarıb - 2:1.

65-ci dəqiqədə Hakan Çalhanoğlu yenidən hesabı bərabərləşdirib.

76-cı dəqiqədə Fransa millisinin əfsanəvi oyunçusu Lilian Türamın oğlu Markus Türam oyunda ilk dəfə olaraq "İnter"i irəli çıxarıb - 2:3.

83-cü dəqiqədə Markusun qardaşı Kefren Türam-Yülyen oyunda altıncı topu vurub - 3:3.

Oyuna əlavə edilmiş birinci dəqiqədə isə Vasilie Aciç "Yuventus"u önə çıxaran qola imza atıb - 4:3. Matç bu hesabla bitib.

İdman.biz