"Kristal Pelas"ın ulduzu Ebereçi Eze "Arsenal"a keçə bilər.
İdman.biz xəbər verir ki, "topçular"ın heyətində Kai Havertsin dizindən zədələnməsi bu variantı gündəmə gətirib.
Bir neçə gün əvvəl "Kristal Pelas"ın "Tottenhem"lə razılıq əldə etdiyi xəbərlər yayılsa da, Eze özü "Arsenal"da oynamağın tərəfdarıdır. Hətta Mikel Artetanın komandasının tələb olunan 60 milyon funt sterlinqi ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, Eze "Kristal Pelas"ın İngiltərə kuboku və superkubokunu qazanmasında böyük sahibi olub. Komanda tələb olunan məbləğ ödəniləcəyi təqdirdə onun transferinə yaşıl işıq yandıracaq.
İdman.biz