Braziliyalı qapıçı Peter Şiltonun rekordunu təkarlayıb - unikal göstərici

Xəbərlər
17 Avqust 2025 00:46
34
Braziliyalı qapıçı Peter Şiltonun rekordunu təkarlayıb - unikal göstərici

Braziliyalı qapıçı Fabio Lopes rəsmi oyunların sayına görə Peter Şiltonun rekordunu təkarlayıb.

İdman.biz xəbər verir ki, futbol tarixində ən çox forma geyinən qolkiperlərin hesabında 1390 oyun var.

"Fluminense"nin qapısını qoruyan 44 yaşlı qapıçı dünya rekorduna şərik olub. Fabio bu oyunların 976-nı "Kruzeyro", 234-nü "Fluminense", 150-i "Vasko da Qama" və 30-nu "Unian Bandeyrante"nin heyətində keçirib.

Qeyd edək ki, ingilis qolkiper Şilton hesabında 1387 matç olduğunu bildirsə də, Ginnes Rekordlar Kitabının hesablamalarına görə bu rəqəm 1390-a bərabərdir.

İdman.biz