Ulduz futbolçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda muzeyi açılıb.
İdman.biz xəbər verir ki, Ronaldo bununla bağlı “İnstagram” səhifəsində paylaşım edib.
“Bu mənim hekayəmdir” başlıqlı paylaşımda portuqaliyalı bildirib ki, “CR7 Signature” adlanan muzeyində Madeyradan Səudiyyə Ərəbistanına qədər hekayəsi əks olunub.
Burada onun fanatları matçlarda geyindiyi formalardan, qazandığı mükafatlardan ibarət kolleksiya ilə tanış olacaqlar.
Qeyd edək ki, “CR7 Signature”ni futbolçunun özü də ziyarəti edib. Onun şəxsi əşyalarını, mükafatlarını maraqla izləməsi diqqətdən yayınmayıb.
İdman.biz