Zinəddin Zidan Fransa yığmasının baş məşqçisi olacaq - VİDEO

Xəbərlər
6 Avqust 2025 02:00
84
Zinəddin Zidan Fransa yığmasının baş məşqçisi olacaq - VİDEO

Fransa milli komandasının növbəti baş məşqçisi Zinəddin Zidan olacaq.

İdman.biz xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat yer alıb.

53 yaşlı mütəxəssis DÇ-2026-dan sonra vəzifəsini tərk edəcəyini açıqlayan Didye Deşamı əvəzləyəcək. Zidanın artıq Fransa Futbol Federasiyası ilə danışıqları yekunlaşdırıb.

Qeyd edək ki, Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi ilə "üçrənglilər" DÇ-2018 və UEFA Millətlər Liqasında 2020/21 mövsümünün qalibi olublar. Komanda AVRO-2016 və DÇ-2022-nin finalında uduzub.

Zidan məşqçilik karyerası ərzində - 2016-2018-cı və 2019-2021-ci illərdə "Real"də işləyib. Madrid klubu onun rəhbərliyi ilə iki dəfə İspaniya çempionu olub və ardıcıl üç dəfə Çempionlar Liqası kubokunu qazanıb.

İdman.biz