PSJ və Donnarumma ayrılığın astanasında

Xəbərlər
4 Avqust 2025 19:51
56
PSJ və Donnarumma ayrılığın astanasında

PSJ və Canluici Donnarumma yaxın günlərdə müqaviləyə xitam verə bilərlər.

İdman.biz xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat yayılıb.

Tərəflər müqavilənin yenilənməsi ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. İtaliyalı qolkiper ötən mövsümün sonunda başa çatacaq sövdələşməni yeniləməyib. Nəticədə Paris klubu bu yayda onu transferinə yaşıl işıq yandırmaqla pul qazanmaq istəyir.

Qeyd edək ki, artıq PSJ-nin yeni qapıçı ilə anlaşdığı xəbərləri də yayılıb. Parislilərin "Lill"də çıxış edən Lük Şevalyeni transfer edəcəyi gözlənilir.

İdman.biz