Finalların məşqçisi - Luis Enrike!

Xəbərlər
12 İyul 2025 22:42
37
Finalların məşqçisi - Luis Enrike!

Sabah klublararası dünya çempionatının finalında PSJ və "Çelsi" üz-üzə gələcək.

İdman.biz xəbər verir ki, bu oyun Paris klubunun baş məşqçisi Luis Enrike üçün xüsusi önəm daşıyacaq.

İspaniyalı mütəxəssisin bundan əvvəl çıxdığı 12 finalın hamısında onun komandaları qələbə qazanıblar. Həlledici matçlarda heç vaxt uduzmayan Enrike növbəti titulu qazanmağa yaxındır.

55 yaşlı mütəxəssis 7 dəfə "Barselona", 5 dəfə isə PSJ ilə çıxdığı final matçını qalib başa vurub.

Qeyd edək ki, final matçı sabah saat 23:00-da start götürəcək.

Luis Enrikenin qalib gəldiyi finallar:

3 dəfə - İspaniya kuboku ("Barselona")
1 dəfə - İspaniya Superkuboku ("Barselona")
2 dəfə - Çempionlar Liqası ("Barselona", PSJ)
1 dəfə - Avropa Superkuboku ("Barselona")
1 dəfə - klublarası dünya çempionatı ("Barselona")
2 dəfə - Fransa kuboku (PSJ)
2 dəfə - Fransa Superkuboku (PSJ)

İdman.biz