İtaliyalı bombardir Səudiyyə Ərəbistanından təklif alıb

Xəbərlər
3 İyul 2025 01:59
42
İtaliyalı bombardir Səudiyyə Ərəbistanından təklif alıb

İtaliya A Seriyasının ən sərrast futbolçusu bombardiri Səudiyyə Ərəbistanından təklif alıb.

İdman.biz xəbər verir ki, "Əl-Kadisiya" "Atalanta"nın forvardı Mateo Retegui ilə maraqlanır.

İtaliya mətbuatı ərəblərin hücumçuya görə 50-60 milyon avro ödəməyə hazır olduğunu yazıb. Bundan əvvəl Moyze Kin, Rikkardo Orsolini və Conatan Devid "Əl-Kadisiya" keçməkdən imtina edib.

Qeyd edək ki, Retegui son mövsümdə 36 oyunda 25 qol vuraraq, A Seriyasının bombardiri olub.

İdman.biz