Sandro Vaqner Bundesliqada klub çalışdıracaq

Xəbərlər
28 May 2025 00:23
45
Sandro Vaqner Bundesliqada klub çalışdıracaq

Almaniya yığmasının keçmiş hücumçusu Bundesliqada klub çalışdıracaq.

İdman.biz xəbər verir ki, Sandro Vaqner "Auqsburq"la anlaşıb.

O, ilk dəfə Almaniyanın yüksək liqasında fəaliyyət göstərəcək. Buna kimi Vaqner 2021-2023-cü illərdə 3-cü Bundesliqada "Unterhahinq"ə başçılıq edib. 37 yaşlı mütəxəssis 2023-cü ildən Almaniya yığmasnın məşqçilər korpusunda yer alıb.

Qeyd edək ki, Sandro futbolçu karyerası ərzində "Bavariya", "Verder", "Herta", "Hoffenhaym" kimi klublarda forma geyinib.

İdman.biz