Paulo Dibala Argentina yığmasının heyətindən çıxarılıb.
İdman.biz xəbər verir ki, "Roma"da çıxıç edən futbolçu A Seriyasının 29-cu turunda "Kalyari" (1:0) ilə oyunda zədələnib.
64-cü dəqiqədə meydana daxil olan 31 yaşlı müdafiəçi cəmi 11 dəqiqə sonra əvəzlənib. Dibalanın təxminən 1 ay yaşıl sahələrdən kənarda qalacağı açıqlanıb. Nəticədə o, Argentina yığmasının DÇ-2026-nın seçmə mərhələsində "Uruqvay və Braziliya komandalarına qarşı oyunlarda forma geyinə bilməyəcək.
Qeyd edək ki, Paulo Argentina yığmasının heyətində DÇ-2022-nin qalibi olub.
İdman.biz