"Real" Bilbaoda uduzub - Mbappe yenə penaltini qaçırıb - VİDEO

Xəbərlər
5 Dekabr 2024 01:56
183
"Real" Bilbaoda uduzub - Mbappe yenə penaltini qaçırıb - VİDEO

İspaniya La Liqasının 19-cu turun daha bir oyunu keçirilib.

İdman.biz xəbər verir ki, "Real" Bilbao səfərində uduzub.

"Atletik"in qonağı olan Madrid klubu 1:2 hesabı ilə məğlub olub. Hər 3 qolun fasilədən sonra vurulub. Kilian Mbappe növbəti dəfə penaltini dəqiq yerinə yetirmə bilməyib. Bir həftə öncə Çempionlar Liqasının "Liverpul"la görüşündə "ağ nöqtə"dən dəqiq olmayan fransalı hücumçunun növbəti cəhdi də uğursuz olub. Şənbə günü "Xetafe" ilə oyunda 11 metrlik cərimə zərbəsini Cud Bellingem dəqiq yerinə yetirib.

Qeyd edək ki, "Barselona" dünən "Malyorka"nı 5:1 hesabı ilə məğlub edib.

İspaniya La Liqası
19-cu turun oyunu

"Atletik" - "Real" - 2:1

İdman.biz