Mourinyo Endrikə niyə az şans verdiyini açıqladı

17 Oktyabr 2026 18:38
110
Mourinyo Endrikə niyə az şans verdiyini açıqladı

“Real Madrid”ın baş məşqçisi Joze Mourinyo komandanın 20 yaşlı braziliyalı futbolçusu Endrikə niyə məhdud oyun vaxtı verdiyini açıqlayıb.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis gənc futbolçunu həddindən artıq təzyiqdən qorumağa çalışdığını bildirib.

“Endrik inanılmaz istedada və böyük potensiala malikdir. Lakin onun yaşını unutmamalıyıq. O, rəqabətin və təzyiqin dünyada heç bir klubla müqayisə olunmadığı “Real”da çıxış edir.

Onun komandaya inteqrasiyası və Avropa futbolunun taktiki tələblərinə uyğunlaşması planlı şəkildə həyata keçirilən prosesdir. Baş məşqçi kimi əsas vəzifəm gənc futbolçunu vaxtından əvvəl böyük təzyiq altında qoymamaq, onu artıq səs-küydən qorumaq və yüksək səviyyəli ustaya çevrilməsinə kömək etməkdir.

O, məşqlərdə əla çalışır, şansını səbirlə gözləyir və onun vaxtı mütləq gələcək”, - deyə Mourinyo vurğulayıb.

İdman.Biz