Lisandro Martines “Mançester Yunayted” rəhbərliyindən üzr istədi

15 Oktyabr 2026 23:41
93
Lisandro Martines “Mançester Yunayted” rəhbərliyindən üzr istədi

“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines Çempionlar Liqasında Madrid “Atletiko”suna 0:2 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi və məşqçilər korpusuna ünvanladığı tənqidi fikirlərə görə üzr istəyib.

İdman.Biz xəbər verir ki, Argentina millisinin üzvü sosial şəbəkə hesabında rəsmi açıqlama yayaraq baş verənlərə münasibət bildirib.

“Bu gün klub rəhbərliyi və baş məşqçi ilə görüşdüm. Söhbət çox müsbət keçdi. Fikirlərimizi bölüşə və çərşənbə axşamı keçirilən oyundan sonra baş verənləri açıq şəkildə müzakirə edə bildik.

Hamı bilir ki, mən emosional insanam və futbolu böyük ehtirasla yaşayıram. Məğlubiyyətdən sonra keçirdiyim məyusluq məni emosiyalara qapılaraq uyğun olmayan vaxtda və yerdə danışmağa vadar etdi. Buna görə səmimi şəkildə üzr istəmək istəyirəm.

Klubumuz yalnız hamımız birlikdə olduğumuz zaman ən yaxşı nəticələrə nail olur. Başa düşürəm ki, həmin anda söylədiyim sözlər komanda birliyinə xidmət etmirdi.

Bilirəm ki, “Mançester Yunayted”də hər kəs klubun və azarkeşlərimizin layiq olduğu uğurlara nail olmaq üçün əlindən gələni edir. Artıq bu məsələ geridə qalıb və bütün diqqətimizi birlikdə qələbələr qazanmağa yönəltmişik”, - deyə Martines yazıb.

İdman.Biz