Federasiya Ronaldunun Portuqaliya millisinə qayıdacağı vaxtı açıqladı

10 Oktyabr 2026 21:50
112
Federasiya Ronaldunun Portuqaliya millisinə qayıdacağı vaxtı açıqladı

Portuqaliya futbol millisinin futbolçusu Kriştianu Ronaldu noyabrda milli komandaların oyunları ilə əlaqədar fasilə zamanı yığmaya qayıdacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensa məlumat verib.

“Federasiya, məşqçi və bütün komanda yoldaşları eyni fikirdədir: biz Kriştianunun qayıtmasını istəyirik. O da qayıtmağa hazırdır. Onun artıq noyabrdakı milli oyunlar üçün fasilə zamanı geri dönəcəyini gözləyirəm”, – deyə Proensa bildirib.

Ronaldu baş məşqçi Jorje Jezuşla münaqişədən sonra sentyabrın 30-da, Millətlər Liqasında Danimarka ilə oyun ərəfəsində Kopenhagendə millinin düşərgəsini özbaşına tərk edib.

Norveçlə görüşdə meydana çıxmayan hücumçu baş məşqçini oyun vaxtı ilə bağlı şifahi razılaşmaları pozmaqda ittiham edib.

Daha sonra Ronaldu millidən ayrıldığı üçün üzr istəyib və istənilən cəzanı qəbul etməyə hazır olduğunu bildirib. Bununla yanaşı, o, milli komandada oynamaq istəyini qoruduğunu vurğulayıb.

İdman.Biz