Ronaldu Portuqaliya millisindən kənarlaşdırılıb

9 Oktyabr 2026 22:57
86
Ronaldu Portuqaliya millisindən kənarlaşdırılıb

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişədən sonra Portuqaliya Futbol Federasiyasının (FPF) qərarı ilə yığmadan kənarlaşdırılıb.

İdman.Biz “Mirror” nəşrinə istinadən xəbər verir ki, buna 41 yaşlı hücumçunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsi səbəb olub.

Məlumata görə, futbolçunun diskvalifikasiya müddəti hələ müəyyənləşməyib. Yekun qərarı federasiyanın intizam şurası verəcək.

Ronaldunun bir aydan altı aya qədər diskvalifikasiya olunması mümkündür. İşə baxılarkən baş verən hadisənin bütün halları, o cümlədən futbolçunun üzrxahlığı nəzərə alınacaq.

ESPN daha əvvəl portuqaliyalının qısamüddətli diskvalifikasiya ilə üzləşə biləcəyini ehtimal edib.

Xatırladaq ki, Ronaldu sentyabrın 30-da Jezuşla fikir ayrılığından sonra milli komandanın düşərgəsini tərk edib. Oktyabrın 6-da verdiyi açıqlamada hücumçu qərarının səbəblərini izah edərək baş məşqçini əvvəlki vədlərinə əməl etməməkdə ittiham edib.

“The Athletic”in məlumatına görə, Ronaldu açıqlama vermək niyyəti barədə federasiya rəhbərliyini əvvəlcədən xəbərdar edib və qurumu tənqid etmək məqsədi daşımayıb. Futbolçu yaranmış münaqişənin zamanla həll olunacağına ümid edib.

İdman.Biz