Fransalı jurnalist: “Mourinyonun “Real"a gəlişi Mbappeni qane etməyib”

9 Oktyabr 2026 21:45
86
Fransalı jurnalist: “Mourinyonun “Real"a gəlişi Mbappeni qane etməyib”

“Real Madrid”in futbolçusu Kilian Mbappenin baş məşqçi Joze Mourinyonun gəlişindən sonra komandadakı vəziyyətdən narazıdır.

İdman.Biz xəbər verir ki, belə bir iddia ilə “RMC Sport”un jurnalisti Daniel Riolo çıxış edib.

Onun sözlərinə görə, fransalı futbolçu Madrid klubunda gözlədiyi idman layihəsini görmür.

Riolo hesab edir ki, Mourinyonun gəlişindən sonra yaranan vəziyyət Mbappenin gözləntilərinə uyğun deyil. Jurnalist hücumçunun 2027-ci ilin yayında “Real Madrid”dən ayrılması ehtimalını da istisna etməyib.

“Əgər onun istədiyi komanda yoxdursa, düşünürəm ki, ayrılması mümkündür”, - deyə Riolo bildirib.

Fransalı jurnalist Mbappenin zədədən sonrakı davranışını da sual altına alıb. O, futbolçunun “Qızıl top” uğrunda mübarizədə klub tərəfindən kifayət qədər dəstəklənmədiyini düşünə biləcəyini vurğulayıb.

Bununla belə, Riolo açıqlamasının konkret məlumata deyil, şəxsi təəssüratlarına əsaslandığını xüsusi qeyd edib.

İdman.Biz