Madrid “Real”ının soyunub-geyinmə otağında gərginliyin davam etdiyi və ab-havanın olduqca soyuq olduğu iddia edilir.
İdman.Biz “The Touchline”yə istinadən xəbər verir ki, “Real”ın bəzi futbolçuları bir-biri ilə yola getmir.
Məlumata görə, komandanın baş məşqçisi Joze Mourinyo hələ Xabi Alonso və Alvaro Arbeloa dövründən mövcud olan bu problemi həll edə bilməyib.
Hazırda “Real” İspaniya La Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Çempionata “Barselona” başçılıq edir və Kataloniya klubu Madrid təmsilçisini altı xal qabaqlayır.
“Real” La Liqanın növbəti turunda “Vilyareal”la qarşılaşacaq.
