Kriştianu Ronaldu Millətlər Liqasının Danimarka ilə oyunundan əvvəl Portuqaliya milli komandasının düşərgəsini icazəsiz tərk etdiyinə görə cəzalana bilər.
İdman.Biz “A Bola” nəşrinə istinadən xəbər verir ki, mümkün cəza Portuqaliya Futbol Federasiyasının (FPF) reqlamentində nəzərdə tutulub.
Qaydalara əsasən, milli komandaya müvafiq qaydada dəvət almış, lakin düşərgəni özbaşına tərk edən və ya üzrlü səbəb olmadan məşqə, oyuna və yaxud millinin iştirakı ilə keçirilən digər tədbirə gəlməyən futbolçu bir aydan altı ayadək müddətə yarışlardan kənarlaşdırıla bilər.
Eyni sanksiya oyunçunun Portuqaliya Futbol Federasiyasının və ya ölkənin təqdimatı ilə bağlı tədbirlərdə üzrlü səbəb olmadan iştirak etmədiyi halda da tətbiq edilir.
Ronaldu milli komandanın düşərgəsini Millətlər Liqasının üçüncü turunda Danimarka ilə səfər matçından əvvəl tərk edib. Portuqaliya 41 yaşlı hücumçunun iştirakı olmadan keçirdiyi görüşdə 4:2 hesabı ilə qalib gəlib.
Ronaldu millinin düşərgəsini niyə tərk etməsi barədə açıqlama verərək qeyd etmişdi ki, baş məşqçi Jorje Jezuş onun meydana çıxması ilə bağlı verdiyi sözə iki dəfə əməl etməyib.
