“Mançester Siti”nin rəhbərliyi baş məşqçi Enso Mareskadan komandanın futbolçuları ilə danışmağı xahiş edib.
İdman.Biz “The Touchline”yə istinadən xəbər verir ki, rəhbərlik Mareskadan oyunçuları klubun ünvanına səslənən ittihamlarla bağlı bütün problemlərin uğurla həll olunacağına əmin etməsini istəyib.
Məlumata görə, “Mançester Siti” öz günahsızlığında israr edir. Klub ətrafında yaranan qeyri-müəyyənliyin futbolçuların diqqətinə, özünəinamına və meydandakı çıxışına mənfi təsir göstərməməsi üçün tədbirlər görülür.
Qeyd edək ki, İngiltərə klubu Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinib. Həmçinin çoxsaylı pozuntulara görə “Mançester Siti”nin Premyer Liqadan kənarlaşdırıla və qazandığı titullardan məhrum edilə biləcəyi gözlənilir.
