Argentina millisinin kapitanı Lionel Messi milli komandadakı karyerasını başa vurmaq üzrə olduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, 39 yaşlı hücumçu bunu “adidas Football”un “X” sosial şəbəkəsində yayımladığı videoda bildirib.
Messi Argentina millisindəki son oyununa Beninə qarşı keçiriləcək yoldaşlıq görüşündə çıxacaq.
“An gəldi. Mən hər şeyi verərək rahatlıqla gedirəm. Bu forma uzun illər boyu mənim arzum, qürurum və həyatım olub. Məni bu qədər çox sevdiyiniz üçün təşəkkür edirəm. Mən həmişə sizin qayğınıza qalacağam”, - deyə o bildirib.
Qeyd edək ki, Messi Argentina millisində debütünü 2005-ci ilin avqustunda Macarıstana qarşı yoldaşlıq oyununda edib. O, bu müddətdə bütün turnirlərdə 207 matç keçirib, 125 qol vurub və 67 məhsuldar ötürmə edib.
Messi milli komandadan ayrılmaq qərarını 2026-cı il dünya çempionatından sonra qəbul edib.
