Pirs Morqandan Portuqaliya millisinin baş məşqçisinə sərt sözlər: “Nə qədər lovğa axmaqdır”

2 Oktyabr 2026 00:08
68
Pirs Morqandan Portuqaliya millisinin baş məşqçisinə sərt sözlər: “Nə qədər lovğa axmaqdır”

Britaniyalı jurnalist Pirs Morqan Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşun Kriştianu Ronaldu ilə bağlı açıqlamalarını sərt şəkildə tənqid edib.

İdman.Biz xəbər verir ki, Jezuşun komanda daxilində heç bir münaqişənin olmadığı barədə sözlərinə münasibət bildirən Morqan sosial şəbəkələrdə bu fikirləri “faktçekdən keçməyən yalan” adlandırıb.

Xatırladaq ki, 41 yaşlı hücumçu UEFA Millətlər Liqasında Norveçlə matçda (2:1) meydana buraxılmayıb. Baş məşqçi ilə yaranan fikir ayrılığından sonra Ronaldu milli komandanın düşərgəsini tərk edib və daha sonra komandadan getməsi ilə bağlı açıqlama yayıb.

Yaranmış vəziyyət fonunda Portuqaliya mətbuatında Ronaldu ilə bağlı müxtəlif müzakirələr gedir və onun milli komandadakı karyerasını başa vura biləcəyi ehtimalı gündəmə gətirilir. Jezuş isə vəziyyəti yumşaltmağa çalışaraq Ronaldu ilə bağlı sualları cavablandırmağa davam edir.

İdman.Biz