Səudiyyə Ərəbistanının dörd klubu İskonu heyətinə qatmağa qərar verib.
İdman.biz xəbər verir ki, “Əl-Nəsr”, “Əl-Əhli”, “Əl-Hilal” və “Əl-İffihad” ispaniyalı futbolçunun xidmətində maraqlıdır.
“Betis”in yarımmüdafiəçisinin sərbəstqalma məbləği 20 milyon avrodur. İskonun özünə cəlbedici məbləğ təklif olunub.
Sevilya təmsilçisi 31 yaşlı oyunçusunu satmaq niyyətində deyil. O, 2023-cü ilin yayında azad agent kimi “Betis”ə keçib.
Qeyd edək ki, İsko cari mövsümün 27 oyununda 6 qol və 5 assistə imza atıb.
İdman.biz
