Səudiyyə Ərəbistanı Pro-Liqasının altıncı turunda “Əl-Qadisiyyə” doğma meydanda “Əl-Əhli”ni 3:2 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Şahzadə Sud bin Cəlavi Sports Siti” stadionunda keçirilən görüşdə meydan sahiblərinin heyətində Toni Reynders (14, 45+3) dubl edib. Digər qola Məhəmməd Əbu Əl-Şamat (45+1) imza atıb.
“Əl-Əhli”nin heyətində Ayvan Toni (63, 82) hər iki qolu vurub.
Bu qələbədən sonra “Əl-Qadisiyyə” 15 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Əl-Əhli” isə 9 xalla səkkizinci yerdədir.
